TARİXİ MÜCADİLƏNİN ŞAHİDİ OLACAĞIQ . . .

single-news
21 Avq 2005

TARİXİ MÜCADİLƏNİN ŞAHİDİ OLACAĞIQ . . .



Bu gün Azərbaycan Çempionatları tarixində həmişə maraqla gözlənilən qarşılaşma: "Qarabağ" - "Neftçi" qarşılaşması keçiriləcək. Azərbaycan Derbisi adlandırılan bu qarşılaşma həmişə öz prinsipial əhəmiyyətinə görə digər qarşılaşmalardan fərqlənmişdir. Təsadüfi deyil ki, "Əzəli rəqib, Əbədi dost" sözləri də bu iki rəqibə şamil edilmişdir. Bu rəqiblər arasında indiyədək keçirilən 26 matçdan 11-i heç-heçə başa çatmış, 7 matçda "Qarabağ", 8 matçda isə "Neftçi" sevinmişdir. Bu gün "Qarabağ" qələbələrin sayını bərabərləşdirmək fikrindədir. .. Oyunun prinsipiallığını artıran daha bir məqam son üç çempionatda klubların matçlardan sülhlə ayrılmamasıdır. Bütün matçlarda bu və ya digər klub matçı qələbə ilə başa vurmuşdur. Son çempionatda da ilk matç "Neftçi"nin 1:0, cavab qarşılaşması isə "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır. Hamınızı matça baxmağa, futbol şousunu seyr etməyə dəvət edirik...

Paylaş