Təşəkkürlər, Benzia!
11 İyn 2025
Təşəkkürlər, Benzia!
Klubumuz Yassin Benzia ilə yollarını ayırıb. 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.
2023-ci ilin yanvarından “Qarabağ”da çıxış edən əlcəzairli futbolçu 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, komandamızla üç dəfə avrokubokların əsas mərhələsində iştirak edib. 104 matça çıxan Benzia 28 qol və 25 məhsuldar ötürmə müəllifi olub.
Yassin Benziaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
