Təşəkkürlər, Kamilo Duran!
10 İyl 2026
Təşəkkürlər, Kamilo Duran!
“Qarabağ” FK futbolçumuz Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandamızın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.
Kamilo Durana klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq.
