Təşəkkürlər, Patrik!
11 İyn 2025
Təşəkkürlər, Patrik!
“Qarabağ” kabo-verdeli futbolçu Patrik Andrade ilə yollarını ayırıb. Müqaviləsi başa çatan 32 yaşlı yarımmüdafiəçi ilə anlaşma uzadılmayıb.
2020-22-ci və 2023-25-ci illərdə “Qarabağ”da çıxış edən Marko 3 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi adına sahib çıxıb. O, komandamızla 4 dəfə avrokubokların əsas mərhələsində iştirak edib. Bu müddətdə 149 oyun keçirən yarımmüdafiəçi 16 qol və eyni sayda assistə imza atıb.
Patrik Andradeyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
