Təşəkkürlər, Redon Cica!
10 İyl 2025
Təşəkkürlər, Redon Cica!
Komandamızın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yanvarından komandamızın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
Redon Cicaya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
