Tomas Qoltzun vəfatı ilə bağlı başsağlığı

single-news
29 İyl 2023

Tomas Qoltzun vəfatı ilə bağlı başsağlığı



“Qarabağ” FK-dan bəhs edən “On Aggregate" (Champions without a home) adlı sənədli film və həmçinin “Azərbaycan Gündəliyi” kitabının müəllifi olan amerikalı jurnalist Tomas Qoltz bu gün vəfat edib.

 

Ağır xəstəliklə mübarizə aparmış tanınmış jurnalist daim “Qarabağ”ın böyük azarkeşi kimi xatırlanacaq. Klub prezidentimiz Tahir Gözel Tomas Qoltzu dəfələrlə ölkəmizə dəvət etmiş, Azərbaycanın, Qarabağın təbliğatı üçün müxtəlif layihələr həyata keçirmişdir.

 

Onun son gəlişi məhz bu il baş tutmuşdu. Tomas Qoltz klub prezidentimiz Tahir Gözelin dəvəti ilə Azərbaycanın müstəqllik günündə - mayın 28-də 10-cu çempionluğumuzda Bakıya gəlmiş, mükafatlandırma mərasimini “Azersun Arena”da izləmişdir.

 

Tomas Qoltz 1954-cü il oktyabr 11-də Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir.

 

1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsindən bəhs olunub.

 

2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.

 

“On Aggregate" (Champions without a home) adlı sənədli filmi klubumuzun Qarabağ münaqişəsində Ağdamdakı dogma “İmarət” stadionundan məhrum olması haqqında çəkilmiş filmdir.

 

Tomas Qoltzun klubumuzun təbliğində böyük xidmətləri olmuşdur. Ona Allahdan rəhmət diləyirik, ailəsinə və yaxınlarına başsağlığı veririk!

 

No description available.

No description available.

No description available.

No description available.

Paylaş