TORRES YALNIZ "QƏLƏBƏ" DEYİR...

single-news
4 İyn 2005

TORRES YALNIZ "QƏLƏBƏ" DEYİR...



Dünən axşam saatlarında Milli Yığma komandamız matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda matç qabağı son məşqinə çıxdı. Topsuz və topla isinmə hərəkətlərindən sonra, ikitərəfli oyun keçirildi. Oyunçuların və məşqçimizin oyun haqqında fikirləri üst üstə düşürdü. Lakin baş məşqçimiz K.A.Torres daha inamlı idi: "Bu gün yalnız qələbə üçün meydana çıxırıq. Bu bizim ötən oyunun təsadüfi olduğunu sübut etmək üçün vacibdir. Lakin dediklərim o demək deyil ki, biz qisas hissi ilə meydana çıxacağıq. Biz sadəcə Polşaya Azərbaycan futbolunu göstərmək üçün çıxacağıq." "Qarabağ"ın Millidəki futbolçusu Aslan Kərimovun da fikirlərinı diqqətinizə çatdırırıq: " Matçdan qələbə ilə ayrılacağımıza inanıram. 0:8-lik biabırçı məğlubiyyətin əvəzini çıxmalıyıq. Ən azı qələbə ilə meydandan ayrılacağımız üçün əlimizdən gələni edəcəyik."

Paylaş