TÜRKİYƏ ŞOUSU, UKRAYNA HƏDİYYƏSİ . . .

single-news
9 İyn 2005

TÜRKİYƏ ŞOUSU, UKRAYNA HƏDİYYƏSİ . . .



Dünya çempionatının seçmə mərhələsində növbəti turun görüşləri keçirilmişdir. II qrupda Türkiyə Kazaxstanın qonağı oldu. Matçın 13-cü dəqiqəsində Gökdenizin yandan asmasından sonra Fatih Tekke hesabı açdı.İki dəqiqə sonra, İbrahim Toraman hesabı 2:0 etdi.41-ci dəqiqədə Hamid Altınopdan ötürmə alan Tuncay ilk hissənin son qolunu vurdu.İkinci hissə sakit başladı.Lakin türk şousu sakitliyi pozdu. 80-ci dəqiqədə yenə də Gökdenizdən ötürmə alan Fatih özünün matçda ikinci, koomandasının dördüncü qolunu vurdu.86-cı dəqiqədə Halil də özünün ikinci qolunu rəsmiləşdirdi. Matçın artırılmış dəqiqəsində isə, Tuncay oyunda son nöqtəni qoydu. Bu matçdan sonra diqqətlər Afinaya yönəlmişdir. Demək olar ki, hamı Ukraynaya azarkeşlik edirdi. Bu da əbəs yerə deyildi. Çünki məhz Ukraynanın qələbəsi Türkiyəni qrupda ikinci edəcəkdi. Bu matç da gərgin keçdi. Lakin hər şey "xöşbəxt sonluq"la bitdi. 82-ci dəqiqədə Şevçenkonun gözəl drimblinqini Qusin tamamladı. 1:0 və Yunanıstan üçüncü pilləyə yuvarlandı. Digər matçlar isə belə nəticələnmişdir: I qrup Çex Respublikası 6 - 1 Macedoniya Rumıniya 3 - 0 Ermənistan Finlandiya 0 - 4 Hollandiya II qrup Danimarka 3 - 1 Albaniya III qrup Latvia 1 - 0 Lixtenşteyn Estonia 0 - 1 Portugaliya Luxembourg 0 - 4 Slovakia IV qrup Farer adaları 0 - 2 İrlandiya V qrup Belarus 0 - 0 Şotlandiya VII qrup İspaniya 1 - 1 Bosnia-Herzegovina VIII qrup İslandiya 4 - 1 Malta

Paylaş