TÜRKİYƏ TÜRK DÜNYASINI SEVİNDİRDİ !

single-news
8 Sen 2005

TÜRKİYƏ TÜRK DÜNYASINI SEVİNDİRDİ !



Dünya çempionatının seçmə qrup mərhələsində ötən tur öz meydanında Danimarka ilə son dəqiqədə buraxdığı qolla heç-heçə oynayan Türkiyə Millisini bu dəfəki rəqibi qrup birincisi Ukrayna idi. Bu matçda meydan sahiblərinə bir xal da kifayət edirdisə, Türkiyəyə isə yalnız qələbə lazım idi. Bunu da onlar edə bildilər. 55-ci dəqiqədə Tümerin mükəmməl qolu matçda yeganə oldu və Türkiyə Almaniyaya qapını bir qədər də araladı. Qrupun digər oyununda Yunanıstan Qazaxıstanı 2:1, Danimarka isə Gürcüstanı 6:1 hesabı ilə məğlub etdi. Digər qarşılaşmalar: Rusiya - Portuqaliya 0:0 Latviya - Slovakiya 1:1 Çex Resp. - Ermənistan 4:1 Finlandiya - Makedoniya 5:1 Belarus - İtaliya 1:4 Moldova - Sloveniya 1:2 İrlandiya - Fransa 0:1 Belçika - San marino 8:0 Bolqarıstan - İslandiya 3:2

Paylaş