“Turan Tovuz”la 6-cı duel

single-news
18 Okt 2023

“Turan Tovuz”la 6-cı duel



“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu bu həftə keçirəcək. Komandamız II dövrənin açılış matçında meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri X turun ilk günündə “Turan Tovuz”la görüşəcək.

Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq. “Qarabağ” bunadək keçirilən 5 oyunun hamısında qalib gəlib. Xal itirməyən komandamız 14 qol vurub və 3-nü buraxıb.

“Qarabağ” son üç duelin hərəsində üç qol vurub. Komandamız ümumiyyətlə hər görüşdə 2 və ya daha çox qola imza atıb.

3-cü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qarabağ” səfərdəki qarşılaşmalıda 5 qol vurub. Meydan sahibləri əvvəlki iki matçda 2 dəfə fərqlənib.

Qeyd edək ki, oktyabrın 20-də Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

20.10.2022. Qarabağ - Turan Tovuz - 3:0
09.11.2022. Turan Tovuz – Qarabağ - 0:2
25.01.2023. Turan Tovuz – Qarabağ - 2:3
28.05.2023. Qarabağ - Turan Tovuz - 3:1
13.08.2023. Qarabağ - Turan Tovuz - 3:0

Paylaş