"Turan" və "Bakı" fasiləyə itkisiz gedəcək (FUTBOL+, 27.08.2005)

single-news
27 Avq 2005

"Turan" və "Bakı" fasiləyə itkisiz gedəcək (FUTBOL+, 27.08.2005)



..... "Olimpik" - "Qarabağ": tarixə kim düşəcək? Elitanın yeganə debütantı "Olimpik" həm də cari mövsümdə qol vurmayan yeganə komandadı. İndi Bakı klubunun azarkeşlərini hansı futbolçunun güclülər dəstəsində ilk qolu vurub tarixə düşəcəyi maraqlandırır. Rəqiblər ilk turdan sonra eyni yolun yolçusudu. Yəni ilk turda məğlub olaraq sonra heç-heçə edən komandalar hərəyə bir xal toplamaqla turnir cədvəlində qonşudu. Ancaq fərq ondadı ki, ağdamlılar bu matçlarda yaxşı təsir bağışlayaraq çətin sınaqlardan üzüağ çıxıb. Xüsusilə də son turda "Neftçi"ylə "ev" oyununda "Qarabağ" "diş"ini göstərdi. Daha təcrübəli həmkarlarıyla qarşılaşmalı olan Elxan Abdullayev indi daha bir əcnəbi mütəxəssis Darko Çordaşa bacarığını göstərməlidi. "Olimpik" artıq nəticə haqda da düşünməlidi. Hələ mövsüm başlamamış cəzalı oyunçularla bağlı problemlərinin olacağını əbəsdən vurğulamayan Çordaş artıq ilk belə itkini alır. Müdafiəçi Semyon Miloşeviçin xidmətindən yararlana bilməyəcək xorvat mütəxəssis "Qarabağ"la qarşılaşmada sərəncamında olan digər legionerləri sınamaq imkanı qazanacaq. .....

Paylaş