"TURAN"A 30 MİLYON MANAT CƏRİMƏ . . .

single-news
16 Noy 2005

"TURAN"A 30 MİLYON MANAT CƏRİMƏ . . .



Nizam-İntizam Komitəsinin (NİK) dünən keçirilən növbəti iclası yenə çoxsaylı cəzalarla yadda qalib. Gözlənildiyi kimi, tədbirdə əsas müzakirə mövzusu qalmaqalla başa çatan "Olimpik" - "Turan" oyunu olub. Oyundan sonra keçirilən mətbuat konfransında "Turan"ın baş məşqçisi Nacı Şensoyun Əlisgəndər Nağıbəyovun ünvanına təhqiredici sözlər işlətməsi ona 20 milyon manata başa gəlib.Bununla da 51-ci maddə AFFA-nın büdcəsini daha da zənginləşdirib. Bundan başqa Ayxan Abbasovda öz məşqçisindən az gəridə qalmayıb. O, 10 milyon manat cərimələnib. "Turan"ın rəqibi olmuş "Olimpik" isə öz canını 11 milyonla qurtara bilib. Belə ki, Srcan Balyak bir, Vüqar Quliyev 10 milyon manat cərimələnib...

Paylaş