U-13-dən ardıcıl 2 qələbə

single-news
13 İyn 2025

U-13-dən ardıcıl 2 qələbə



13 yaşadək futbolçulardan ibarət komandamız “Sozopol Cup 2025” turnirində mübarizəyə başlayıb. “Qaraabağ” Bolqarıstanda təşkil olunan yarışın ilk iki turunda qələbə qazanıb.

 

İlk oyununu yerli “Septemvri”yə qarşı keçirən komandamız 1:0 hesabı ilə qalib gəlib. Həlledici qola İsmayıl Rəsulov imza atıb.

 

Komandamız ikinci görüşünü Bolqarıstanın digər təmsilçisi “Olimpiya”ya qarşı keçirib. 5:1 hesabı ilə qalib gələn “Qarabağ”ın heyətində Kamil Bədirxanlı 2, Zəfər İbrahim, Ayxan Verdiyev və Musa Musayev hərəyə 1 dəfə fərqləniblər.

 

Qeyd edək ki, komandamızın yer aldığı A qrupunda “Septemvri” və “Olimpiya”dan başqa “Botev”, “Lüdoqorets” və “Etar” da mübarizə aparır.

Paylaş

// pop up