U-16 beynəlxalq turnirdə iştirak edəcək
U-16 beynəlxalq turnirdə iştirak edəcək
U16 komandamız 13-15 may tarixlərində Niderlandın Deurne şəhərində təşkil olunacaq "U16 Charity Cup" turnirində iştrak edəcək.
"Deurne Sportpark" İdman Mərkəzində baş tutacaq yarışda Avropanın müxtəlif ölkələrindən 12 komanda mübarizə aparacaq.
C qrupunda mübarizəyə qatılacaq komandamız "Anderlext" (Belçika), "Ayaks" (Niderland) və turnirin təşkilatçısı "FC Robinştayn" (Niderland) klubları ilə qarşılaşacaq.
Qrupda ilk iki yeri tutan və ən yaxşı nəticə göstərən iki 3-cü yer sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq. İştirakçılar arasında adıçəkilən komandalarla yanaşı, Dortmund "Borussiya"sı, "Lill" (Fransa), "Genk" (Belçika) və s. klublar da var.
Qeyd edək ki, Niderlanda səfər etməzdən əvvəl - mayın 12-də isə İstanbulda "Başakşehir"in müvafiq yaş qrupu ilə yoldaşlıq oyunu planlaşdırılır.
