U-17 komandamız gümüş mükafat qazandı

single-news
16 İyn 2025

U-17 komandamız gümüş mükafat qazandı



17 yaşadək futbolçulardan ibarət komandamız 2024/2025 mövsümünü mükafatla başa vurub. Akademiyamızın futbolçuları U-17 Liqasının gümüş medallarına sahib olub. Komandamız sonuncu – 45-ci turda “Səbail” üzərində 8:0 hesablı qələbə qazanaraq, 108 xalla mövsümü ikinci pillədə başa vurub.

 

Futbolçularımız fərdi mükafatlar da əldə ediblər. Son matçda het-trik edən Əli İbrahim 61 qolla ən məhsuldar oyunçuya verilən mükafata sahib olub. Əli Qazibəyov isə mövsümün ən yaxşı futbolçusu seçilib.

 

Mükafatları AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və U-18 millimizin baş məşqçisi İlham Yadullayev təqdim ediblər.

Paylaş

// pop up