U-19 “Benfika” ilə qarşılaşdı
16 Sen 2025
U-19 “Benfika” ilə qarşılaşdı
UEFA Gənclər Liqasının Liqa mərhələsinə start verilib. Klubumuzun U-19 komandası I turun matçına çıxıb.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Portuqaliya təmsilçisi “Benfika” ilə qarşılaşıb. Görüş Lissabon klubunun təlim-məşq bazasında keçirilib.
Dörd dəfə turnirin finalına çıxmaqla Gənclər Liqasının şərikli rekordçusu olan Portuqaliya klubu bu görüşdən qalib ayrılıb. Lissabon təmsilçisi 7:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Əli Qazıbəyov fərqlənib.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 1-də Bakıda “Kopenhagen”ə qarşı keçirəcək.
