U-19 Gənclər Liqasının çempionu oldu

single-news
23 May 2026

U-19 Gənclər Liqasının çempionu oldu



19 yaşadək futbolçulardan ibarət komandamız AFFA Gənclər Liqasının qalibi olub. “Qarabağ” buna 2025-2026-cı illər mövsümünün son turunda nail olub.

 

II mərhələdə A qrupunda mübarizə aparan komandamız X turda “Neftçi”ni qəbul edib. Qarşılaşma Sərhədçi İdman Mərkəzinin stadionunda keçirilib.

 

Rəqibini 2:1 hesabı ilə məğlub edən komandamız xallarının sayını 25-ə çatdırıb. Bununla da 1-ci yeri tutan “Qarabağ” Azərbaycan çempionu adına sahib çıxıb.

 

Qeyd edək ki, U-19 komandamız ölkəmizi 2026/27 mövsümündə UEFA Gənclər Liqasının Çempionlar yolunda təmsil edəcək.

Paylaş

// pop up