U-19 son oyununu keçirdi
10 Dek 2025
U-19 son oyununu keçirdi
19 yaşadək futbolçulardan ibarət komandamız növbəti oyununu keçirib. “Qarabağ” UEFA Gənclər Liqasının Çempionlar Liqası yolunda mövsümdəki son matçına çıxıb.
U-19 VI turun görüşünü evdə keçirib. “Qarabağ” “Ayaks”la qarşılaşıb.
Niderland təmsilçisi ilə görüş “Azersun Arena”da təşkil olunub. Matç qonaqların 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız tarixində ikinci dəfə UEFA Gənlər Liqasının Çempionlar Liqası yolunda mübarizə aparıb.
