U-19 son səfər matçını keçirdi
25 Noy 2025
U-19 son səfər matçını keçirdi
UEFA Gənclər Liqasının Çempionlar Liqası yolunda V tura start verilib. U-19 komandamız son səfər matçına çıxıb.
“Qarabağ” İtaliyada “Napoli”nin qonağı olub. Oyun əlverişsiz hava şəraitində keçib. Bu üzdən ikinci hissə də gec başlayıb, sonradan da oyun qısa müddətə dayandırılıb. Görüşə erkən qolla başlayan İtaliya klubu matçın sonlarında daha bir dəfə fərqlənməklə 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız son oyununu dekabrın 10-da Bakıda “Ayaks”a qarşı keçirəcək.
