U-21 : AFƏRİN SİZƏ ! ! !

single-news
3 İyn 2005

U-21 : AFƏRİN SİZƏ ! ! !



Bu sözlər nə Azərbaycanın gənc futbolçularının heç-heçə oynamasına görə, nə də çoxdan bəri davam edən qol orucuna son qoyulmasına görədir. Çünki, Polşalılarla matçda Komandamız nəinki qol vurmağa və ya heç-heçəyə layiq futbol göstərdilər, onlar əsl FUTBOL göstərdilər. Tamaşaçılara ardı ardına həyəcanlı anlar yaşadaraq, Futbol oynaya bildiklərini sübut etdilər.Hər hansı bir oyunçunun adını çəkməyəcəyik. Heyətdə kiminsə "Qarabağ"lı olduğuna görə onu yaxşı oyununa görə tərifləməyəcəyik.Çünki, Meydanda AZƏRBAYCAN var idi. ...Matç başlayan kimi, qonaqlar irəli atıldılar və hesabı açdılar. Onların edə biləcəkləri isə bundan artıq olmadı. Sonra meydanda azərilər var idi.Romal Hüseynov, Murad Ağakişiyev, Əmircanov , Vüqar Nadirov Radoslav Çerjnyakın qoruduğu qapı ağzında şou göstərirdilər. 31-ci dəqiqədə isə, daha bir gözəl təşkil olunmuş hücumdan sonra, Ramazan Abbasov hesabı bərabərləşdirdi. İkinci hissədə də hadisələrin gedişi Gənc Millilərimizin qələbəyə layiq olduğunu göstərdi. Lakin bu gün bəxt amili qonaqların tərəfində idi... .. Komandamız məzmunlu oyun göstərdi. Az da olsa "Şəfa" stadonuna təşrif buyurmuş azarkeşlərə həyəcanlı anlar yaşatdı. Və sübut etdi ki, futbola meydandan baxmağın başqa ləzzəti var. Hələ meydanda azarkeşlik etdiyi komandanın şou göstərməsi halında isə, bu ləzzət birə- beş artır. Sonda AZƏRBAYCAN U-21-in heyətini nəzərinizə çatdırırıq və arzu edirik ki, sabah keçiriləcək Əsas Milli komandamızın da adını indi yazdığımız kimi, böyük hərflərlə yazaq: 1. RUSLAN MƏCIDOV 2. ELNUR ALLAHVERDIYEV 3. MIKAYIL NAMAZOV (K) 4. VLADIMIR LEVIN 5. CƏMŞID MƏHƏRRƏMOV (15. ELNUR ABBASOV, 52) 7. ROMAL HÜSEYNOV 9. MURAD AĞAKIŞIYEV 11. RAMAZAN ABBASOV (16. RƏŞAD KƏRIMOV, 78) 14. VÜQAR NADIROV (6. ELNUR ABDULLAYEV, 60) 17. RƏŞAD MURADOV 18. RUSLAN ƏMIRCANOV EHTIYAT OYUNÇULAR 12. KAMRAN AĞAYEV 13. CEYHUN ADIŞIRINOV 8. ORXAN RƏCƏBOV 10. DANIEL AXTYAMOV BAŞ MƏŞQÇI: VAQIF SADIQOV

Paylaş