Üçüncü oyunda üçüncü qələbə
Üçüncü oyunda üçüncü qələbə
“Qarabağ” – “Zaqlebye” (Polşa) – 3:1
Leandro Andrade, Abdullah Zubir, Coni Montiel
Komandamız Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. “Qarabağ” günün ikinci görüşündə Polşanın “Zaqlebye” klubu ilə qarşılaşıb.
Matç Belek bölgəsindəki “Gloria Sports Arena”da baş tutub. Komandamız görüşə aşağıdakı “11-lik”lə çıxıb: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Coni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.
Oyunda hesabı Leandro Andradenin qolu ilə komandamız açıb. Fasiləyə qədər rəqib bərabərlik topunu vurub. Buna baxmayaraq, ikinci hissədə üstün oyun nümayiş etdirən futbolçularımız daha iki qol vurublar. Abdullah Zubir və Coni Montiel hərəyə bir dəfə fərqləniblər. Beləliklə, “Qarabağ” yoxlama oyununda 3:1 hesabı ilə qalib gəlib.
Komandamız Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, ikinci matçında isə bu gün Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.
