UEFA SUPERKUBOKU: "LİVERPUL" - "OMİK" 3:1

single-news
27 Avq 2005

UEFA SUPERKUBOKU: "LİVERPUL" - "OMİK" 3:1



Öz tarixində səkkizinci dəfə Superkubok finalını qəbul edən Monakonun "Lui II" meydançasında ilk dəfə idi ki, tərəflərdən biri Rusiya klubu idi... Matç qabağı hər iki klubun baş məşqçisi öz klublarını çempion olacağını söyləyirdilər. Valeriy Qazzayev Rusiya klublarının indiyədək bu kuboka sahib çıxmadıqlarına görə, daha istəkli olduğunu arqument göstərirdi.Rafael Benitez isə, hər bir kubokun onlar üçün qiymətli olduğunu, bu kubokun da istisna olmadığını arqument gətirirdi... ... Matç "OMİK" üçün yaxşı başladı. 28-ci dəqiqədə Karvalyu hesabı açdı.82-ci dəqiqəyə qədər hesab dəyişmədi.Bundan sonra isə, Sisse şousu başladı. Matçın sonunda hesabı bərabərləşdirən Sisse əlavə olunmuş vaxtda özünü ikinci qolunu da vurdu. 110-cu dəqiqədə isə Sissenin ötürməsindən sonra Luis Qarsiya matçda son nöqtəni qoydu: 3-1 və "Liverpul" Superkubokda da qalib gəldi.

Paylaş