“Uğurlu nəticə əldə etməyə çalışacağıq”

single-news
9 Dek 2025

“Uğurlu nəticə əldə etməyə çalışacağıq”



Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Mateus Silvanın iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar sabah baş tutacaq qarşılaşma haqda fikirlərini bildiriblər.

 

Qurban Qurbanov güclü rəqiblə qarşılaşacaqlarını deyib: “Çox vacib oyun olacaq. Hazırlaşmağa çox vaxtımız olmadı. Oyunun gedişində fərqli rotasiyalar edən komanda ilə qarşılaşacağıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən rəqib var. “Ayaks”ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Biz isə yenə öz istəkli oyunumuzu göstərmək istəyirik. Azarkeşləri sevindirməyə və uğurlu nəticə əldə etməyə çalışacağıq”.

 

Mateus Silva da uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Bizi çox ciddi oyun gözləyir. Təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Nə edəcəyimizi hamımız bilirik. Doğma meydanda oynayacağıq, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Söz verə bilərəm ki, əlimizdən gələni edəcəyik”.

Paylaş

// pop up