Vadim də "Bakı"da (EXPRESS, 24.06.2005)

single-news
24 İyn 2005

Vadim də "Bakı"da (EXPRESS, 24.06.2005)



Bu gün Qubaya təlim-məşq toplanışına gedəcək "Bakı" heyətini yeniləməkdədi. Makedoniyalı Zekirin Ramaqanla gürcü Mamuka Sereteli geri göndərilib. Soso Qrişikaşvili isə hələ bir müddət də sınanacaq. "Bakı"ya baxışa gələn son legioner - serb yarımmüdafiəçi Saşa Zoriç haqda da bu sözləri demək olar. "Bakı"nın Ramin Nəsibov, Eldəniz Məmmədov, Dmitri Spirin, Dmitri Yeremeyev, Tərlan Mahmudovla yollarını ayırdığını deyə bilərik. Ancaq Elşən Poladov özü klubdan ayrılıb. "Xəzər-Lənkəran" və "İnter"dən birinin təklifini dəyərləndirmək istəyən qolkiperi "Qarabağ"dan gələn Rauf Mehdiyev əvəz etməlidi. Dünən "Bakı" daha bir transferi reallaşdırıb. Belə ki, "Qarabağ"ın kapitanı Vadim Vasilyev də bundan sonra paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Paylaş