VADİMİN HET-TRİKİ İLƏ «QARABAĞ» YENİDƏN LİDERLİYƏ YÜKSƏLDİ

single-news
1 Noy 2004

VADİMİN HET-TRİKİ İLƏ «QARABAĞ» YENİDƏN LİDERLİYƏ YÜKSƏLDİ



Oktyabrın 30 və 31-də futbol üzrə Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilib. Bu tur «Qarabağ» səfərdə MOİK-in qonağı oldu. Oyuna aktiv başlayan komandamız artıq 7-ci dəqiqədə hesabı açdı. Ruslan Musayevin cinah ötürməsini Vadim Vasilyev başla dəqiq tamamladı. 8 dəqiqə sonra Vadim yenidən fərqləndi. Bu dəfə o Samir Musayevin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxaraq topu uzaq küncə göndərdi. 2-0. İkinci hissədə komandamız daha bir qol vurdu. Bu dəfə İsmayıl Məmmədovun ötürməsindən sonra qapı qarşısında nəzarətsiz qalan Vadim topu tora saldı. 3-0. Beləliklə Vadimin het-triki «Qarabağ»a qələbə qazandırmaqla bərabər komandamıza yenidən liderliyi bəxş etdi. Çünki turnir cədvəlində ən yaxın rəqiblərimiz «Bakı» ilə «Karvan» öz aralarındakı oyunda heç-heçə oynayaraq xal itirdi. 9-cu turun digər oyunları isə belə nəticələnib: «İnter» – «Neftçi» 2-1 «Karvan» – «Bakı» 0-0 «Gənclərbirliyi» – «Şəfa» 2-1 «Göyəzən» – «Turan» 0-0 «Bakılı» – «Kəpəz» 2-2 «Mkt-Araz» – «Xəzər-Lənkəran» 0-0 «Karat» – «Ədliyyə» 1-0

Paylaş