VADİMİN "NEFTÇİ"YƏ KEÇMƏSİ ŞAYİƏ İMİŞ.(F+Q, 06.01.2005)

single-news
6 Yan 2005

VADİMİN "NEFTÇİ"YƏ KEÇMƏSİ ŞAYİƏ İMİŞ.(F+Q, 06.01.2005)



Bu günlərdə bəzi mətbu orqanlarda ilk dövrənin lideri Ağdamın "Qarabağ" klubunun forvardı Vadim Vasilyevin komandanın düşərgəsini tərk edəcəyi barədə xəbər yayılıb. Bundan əlavə Ruslan Musayevin də "Qarabağ"dan ayrılacağı barədə söz- söhbətlər gəzir.Lakin baş verən olayların fonunda gözlənilmədən Mehman Yunusov "Karvan"a keçdi. "Qarabağ"ın mətbuat xidmətindən verilən məlumata görə Vadim və Ruslanın komandadan getməsi şayiədən başqa bir şey deyil. O, Vadimin sözlərinin mətbuatda yalnış anlaşdığını vurğulayaraq bunları dedi: " Nə Vadim, nə Ruslan nə də ki, baş məşqçimiz İqor Ponomaryov haqda mətbuatda yayılanlar həqiqətə uyğun deyil. Onlar komandayla birgə antalyada keçiriləcək təlim- məşq toplanışına yollanacaqlar." Bir müddət öncə Mustafa Coşqun və Mustafa Engin Özməni sıralarına qatan klub legionerləri komandaya Türkiyədə qoşacaq. Sonda qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi İ. Ponomaryov hazırda Azərbaycanda olmadığından adıçəkilən kollektivdə transfer prosesləri həyata keçirilmir. Çox güman ki, ilk dövrənin lideri Antalyada futbolçu ovuna çıxacaq.

Paylaş