XULİO BAPTİSTA: "MƏQSƏDİM İSPANİYADA QALMAQDIR"

single-news
26 İyl 2005

XULİO BAPTİSTA: "MƏQSƏDİM İSPANİYADA QALMAQDIR"



"Sevilya" Klubunun hücumçusu Xulio Baptista London "Arsenal"ından təklif alsa da, "Barselona"da oynamaq istədiyini açıqlayıb. Səbəb isə sadədir: Baptistaya cəmi bir il İspaniyada qalmaq lazımdır ki, İspaniya vətəndaşlığını alsın: "Mənə cəmi bir il lazımdır ki, İspaniya vətəndaşlığı alım və legioner statusum üstümdəm götürülsün. Bundan sonra mən özüm istədiyim kimi hərəkət edə bilərəm". Sonra Baptista "Arsenal" haqqında bunları deyib: "Mən bilirəm ki, "Arsenal" mənimlə maraqlanır. Onların rəhbərliyi mənim agentimlə də əlaqə saxlayıblar. Amma olan olub və mən qərarımı dəyişməyəcəm". Bununla belə, futbolçu "Barsa"ya keçidində hələ də ümidlidir: "Onlarda əla komanda var, Roni (Ronaldinyo nəzərdə tutulur) ilə bir klubda top qovmaq böyük şərəfdir." "Mənə "Sevilya"da indi yaxşıdır, amma gələcək haqqında indidən düşünmək lazımdır"- bu sözləri də Baptista öz fikrinə əlavə edib.

Paylaş