“Yaxşı, emosiyalı oyun oldu”

single-news
22 Apr 2026

“Yaxşı, emosiyalı oyun oldu”



Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan “Sabah” - “Qarabağ” oyunundan (2:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

 

“Futbolçularıma təşəkkür edirəm. Yaxşı, emosiyalı oyun oldu. Hər iki komandanın azarkeşlərinə də təşəkkürümü bildirirəm. Onların matçdan zövq aldıqlarına inanıram. Bugünkü görüşdəki emosiyanı, xarakteri, məsuliyyəti Çempionlar Liqası görüşlərindən sonra axtarırdım. İntriqa getdikcə böyüyür, növbəti mövsüm daha maraqlı olacaq”.

Paylaş

// pop up