YAXŞI YOL, TORRES . . .

single-news
8 İyn 2005

YAXŞI YOL, TORRES . . .



AFFA 07.06.2005-ci il tarixində keçirdiyi iclasda Azərbaycan Milli Yığma Komandasının son matçlarda rüsvayçı çıxışını təhlil edərək qərar qəbul edib.Nəticədə Baş Məşqçi Karlos Alberto Torres ilə yanaşı, bütün heyət istefaya göndərilib. Başqa sözlə, fiziki hazırlıq üzrə məşqçi Marselo Kampello, məşqçi Elxan Abdullayev, eləcə də, texniki heyət üzvləri də Azərbaycan yığmasında fəaliyyətlərini dayandırıblar. Milli komandamızın boş qalmış baş məşqçi postuna kimin təyin olunacağı yəqin ki, yaxın günlərdə bilinəcək. Karlos Alberto Torresin baş məşqçiliyi dövründə Azərbaycan milli komandasının çıxışı: 18 oyun - 2 qələbə, 6 heç-heçə, 10 məğlubiyyət; topların fərqi 11:35 18 fevral 2004-cü il. İsrail - Azərbaycan- 6:0 31 mart 2004-cü il. Moldova - Azərbaycan- 2:1 30 aprel 2004-cü il. Qazaxıstan - Azərbaycan- 2:3 28 may 2004-cü il. Azərbaycan - Özbəkistan- 3:1 6 iyun 2004-cü il. Latviya - Azərbaycan- 1:1 18 avqust 2004-cü il. İordaniya - Azərbaycan- 1:1 4 sentyabr 2004-cü il. Azərbaycan - Uels- 1:1 8 sentyabr 2004-cü il. Avstriya - Azərbaycan- 2:0 9 oktyabr 2004-cü il. Azərbaycan - Şimali İrlandiya- 0:0 13 oktyabr 2004-cü il. Azərbaycan - İngiltərə- 0:1 17 noyabr 2004-cü il. Azərbaycan - Bolqarıstan- 0:0 21 yanvar 2005-ci il. Trinadad və Tobaqo - Azərbaycan- 1:0 23 yanvar 2005-ci il. Trinadad və Tobaqo - Azərbaycan- 2:0 9 fevral 2005-ci il. Azərbaycan - Moldova- 0:0 25 mart 2005-ci il. Polşa - Azərbaycan- 8:0 30 mart 2005-ci il. İngiltərə - Azərbaycan- 2:0 29 may 2005-ci il. İran - Azərbaycan- 2:1 4 iyun 2005-ci il. Azərbaycan - Polşa- 0:3

Paylaş