Yeni baş məşqçi Tüzünlə gələcək (FUTBOL+, 23.06.2005)

single-news
23 İyn 2005

Yeni baş məşqçi Tüzünlə gələcək (FUTBOL+, 23.06.2005)



"Qarabağ"da vəziyyət dəyişənə oxşamır. Klubun baş direktoru Əmrah Çəlikəl ötən sayımıza verdiyi müsahibədə hər şeyin qaydasında olduğu görüntüsünü yaratmağa çalışsa da, ürəkaçan nədənsə danışmağa dəyməz. Ağdam təmsilçisi artıq heyətini tam itirib. Yeni baş məşqçi məsələsi ətrafında yaranan düyün isə açılmaq bilmir. Sərpil Həmdi Tüzünün texniki direktor postuna gətirildiyi barədə danışmışdıq. Hələ ki, bu mütəxəssis vətənindən qayıtmayıb. Hər halda, aldığımız bilgiyə görə, Həmdi bəy şənbə günü səfərdən dönməlidi. Tüzünün yeni baş məşqçini də özüylə gətirəcəyi gözlənilir.

Paylaş