YENİYETMƏLƏRİMİZ ÜMİD VERİR

single-news
24 İyn 2005

YENİYETMƏLƏRİMİZ ÜMİD VERİR



1987-88-ci il təvəllüdlü yeniyetmələrin Azərbaycan birinciliyində növbəti turun oyunları keçirildi. İlk altılıqda mübarizə aparan "Qarabağ"ın bu dəfəki rəqibi Şəmkirin eyniadlı komandası oldu. "Şəfa" stadionunda keçirilən matçın ilk hissəsi 1:1 başa çatsa da, ikinci hissədə həm də öz yaş qrupunda Milli komandamızın oyunçusu olan Rauf Əliyevin het-triki "Qarabağ"a matçda 4:1 hesablı qələbə qazandırdı. Aktivindəki xalını 7-yə yüksəldən "Qarabağ" növbəti oyununu iyunun 26-da "Neftçi" klubuna qarşı olacaq. 1989-90-ci il təvəllüdlülər arasındakı yarışda isə "Qarabağ" 7-12-ci yerlər uğrunda mübarizədə "MKT-Araz"la qarşılaşdılar. Gərgin keçən matç 2:0 hesablı komandamızın qələbəsi ilə başa çatdı. Qolları 11-ci dəqiqədə Ramil Rəhimzadə, 45-ci dəqiqədə isə Murad Axundov Vurmuşdur. Xatırladaq ki, 5-ci dəqiqədə Murad 11-metrəlik cərimə zərbəsini yerinə yetirə bilmədi.

Paylaş