Yevlaxda 1 qollu oyun

single-news
20 Mar 2026

Yevlaxda 1 qollu oyun



“Kəpəz” – “Qarabağ” – 1:0

Fərid Nəbiyev, 45

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XXV turunda “Kəpəz”in qonağı olub.

 

Matç Yevlax şəhər stadionunda baş tutub. Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Görüş komandamızın üstünlüyü ilə keçib. Futbolçularımız rəqib qapısına hücumlar quraraq, qol axtarışında olub. Lakin hissənin sonlarında hesabı meydan sahibləri açıblar.

 

Komandamız fasilədən sonra da hücumlarını davam etdirib. Əsasən meydanın rəqibə aid hissəsində çoxsaylı ötürmələr və pressinqlə futbolçularımız müdafiə xəttini yarmağa çalışıb. Lakin böyük qüvvə ilə müdafiə olunan “Kəpəz” 1:0 hesablı qələbə qazanıb.

 

Hazırda “Qarabağ” 52 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

 

Qeyd edək ki, komandamız çempionatda növbəti oyununu aprelin 6-da keçirəcək. Misli Premyer Liqasının XXVI turundakı rəqib “Karvan-Yevlax” olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Paylaş

// pop up