Yunanlarda "yarpaq tökümü"

single-news
30 İyn 2005

Yunanlarda "yarpaq tökümü"



EURO-2004-də sensasiya yaradaraq, Avropa çempionu adını qazanan Yunanıstan yığmasında indi durum pərişandır. Millinin heyətində oynayan 7 futbolçu klubları tərəfindən "arzuolunmaz" şəxs elan edilərək, komandadan kənarlaşdırılıblar. Onlar özlərinə hələlik yeni klub tapa bilməyiblər. Almaniyadakı Konfederasiya Kuboku və 2006-cı il dünya çempionatının seçmə mərhələsində zəif oyun nümayiş etdirən Yunanıstan yığmasının futbolçuları gözdən düşüb. Belə ki, İtaliyanın "Roma"Sı artıq Dellası istəmir. Onun Şotlandiyanın "Qlazqo Reyncers"i ilə transfer danışıqları da nəticəsiz qalıb. Yunanıstan yığmasının kapitanı, UERO-2004-də "ən yaxşı futbolçu" titulunu qazanan Zaqorakisin çıxış etdiyi "Bolonya" İtaliyanın "A" Seriyasını tərk edərək, "B" Seriyasına düşüb. Belədə, klub Zaqorakislə vidalaşıb. Kriqiakosa isə oynadığı "Qlazqo Reyncers" klubu "sənə ehtiyacımız yoxdur" söyləyib. Sartas dekabr ayından bəri, "avara" qalıbsa, Portuqaliyanın "Benfika"sı da Sartasla yollarını ayırıb. İngiltərənin premyer-liqasını ötən mövsümdə tərk edən "Kristal Pelas"da Lakisə, "Portsmut"da isə Halkiasa artıq yer yoxdur. Və ən nəhayət, hazırda heyətində çıxış etdiyi "Panatinaikos"la böyük problemləri olan Basinasın da ən yaxın günlərdə "sahibsiz" qalacağı gözlənilir.

Paylaş