“Zirə” ilə oyunun hakimləri müəyyənləşdi

single-news
5 Dek 2025

“Zirə” ilə oyunun hakimləri müəyyənləşdi



Misli Premyer Liqasında XIV turun təyinatları açıqlanıb. İlk oyun günündə baş tutacaq “Zirə” – “Qarabağ” matçının hakimləri və rəsmiləri müəyyənləşib.


Rauf Cabarov oyunun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Vüqar Həsənli dördüncü hakim, Əliyar Ağayev VAR, Vüsal Məmmədov AVAR olacaq. Orxan Məmmədov hakim-inspektor, Elçin Məmmədov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Paylaş

// pop up