“Zirə” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi
12 Mar 2026
“Zirə” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi
Misli Premyer Liqasında XXIV turun hakimləri açılqlanıb. Komandamızın “Zirə” ilə səfər görüşünü Fərid Hacıyev idarə edəcək.
Namik Hüseynov və Rəhman İmami baş hakimin köməkçiləri, Vüqar Həsənli dördüncü hakim olacaq. Nicat İsmayıllı VAR, Emin Əliyev AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.
Qeyd edək ki, martın 14-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:15-də başlayacaq.
