ZİRVƏ DÖYÜŞÜ (FUTBOL +, 26 FEVRAL, 2005)

single-news
26 Fev 2005

ZİRVƏ DÖYÜŞÜ (FUTBOL +, 26 FEVRAL, 2005)



"Karvan"la "Qarabağ"ınbir qayda olaraq, xal itkiləriylə zirvəni bir-birinə təhvil verməsi müşahidə olunub. Ancaq indi vəziyyət fərqlidir.Komandalar öz aralarında münasibətlərini ayırd edir və kimin zirvədə olması başqa matçlardan asılı olmayacaq. "Karvan" "ev"də, "Qarabağ" isə səfərdə hələ ki, bir dəfə məğlub olub. Yevlaxdakı qarşılaşmada uduzmayacağı təqdirdə ağdamlılar birinci pilləni əlində saxlayacaq. Qələbə qazanacağı təqdirdə İqor Ponomaryovun komandası ən yaxın izləyiciləriylə xal fərqini bir qədər artıra bilər. Ancaq bu ağdamlılar üçün heç də asan olmayacaq. "Neftçi"ylə məğlubiyyətdən sonra zirvəni rəqibinə təhvil verən "Karvan" qarşdakı matça ciddi hazırlaşır. Axı Yunis Hüseynovun komandası nöbəti qələbəsiylə doğma publikanı sevindirə bilməsə, ən yaxın izləyiciləriylə xal fərqi bir qədər də azalacaq. Həm də "Karvan" ilk dövrədə "Qarabağ" üzərində səfər qələbəsinin təsadüf olmadığını sübuta yetirməlidir. .. "Qarabağ" sabahkı matçda qələbə qazanmaqla həm də baş məşqçi İqor Ponomoryovu təbpik edə biləcək. Axı fevralın 24-də Ponomaryovun 45 yaşı tamam oldu. Yubileyini qeyd edən olimpiya çempionu "Qarabağ"la çempion olmaq iddiasındadır və "Karvan"la qarşılaşma bu cəhətdən əhəmiyyətli sayılmalıdır.

Paylaş

// pop up