QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Abdolbari Gözəl:`Qarabağ` zülmə məruz qalmış azərbaycanlıların, xüsusilə də qarabağlıların simvoludu`

`Qarabağ` zülmə məruz qalmış azərbaycanlıların, xüsusilə də qarabağlıların simvoludu. Bu klub həm də Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya sübut edən sənəddi`.

`Qarabağ`ımızın başqanı Abdolbari Gözəl `Qarabağ` – `Hefle` matçından sonra açıqlamasında belə deyib.

Başqan Bakıda qazanılan minimal hesablı nəticənin turu keçməyə bəs edəcəyinə inandığını bildirib: `Biz `Azərsun` olaraq onu illərdi dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. `Qarabağ` həm də bütün Azərbaycan gəncliyinin klubudu. Əminəm ki, bu gün bütün Azərbaycan əhalisinin ürəyi `Qarabağ`la döyünürdü. İnşallah, bu hesab növbəti tura keçməyə bəs edər`.

Başqanımız yeni futbolçuların çıxışından məmnun qaldığını və transfer məsələsində baş məşqçi Qurban Qurbanova sərbəstlik verdiklərini bir daha vurğulayıb: `Qurban Qurbanov bizim fəlsəfəmizə uyğun, həm də dürüst adamdı. Həmişə ona deyirik ki, nə istəyirsən, kimi istəyirsənsə, de, alaq. Bu məsələdə ona tam sərbəstlik verilib. Yeni alınan futbolçulardan çox məmnun qaldım. Yəqin ki, bütün azarkeşlər razı qaldılar. Eyni zamanda, biz gənc futbolçuların yetişdirilməsinə də xüsusi önəm veririk və bu yolu da davam etdirəcəyik`.

Səfər oyununda da `Qarabağ`ın yanında olacaqsızmı?` - sualına prezidentin cavabı belə olub: “Əlbəttə. Ya mən, ya da Tahir Gözəl səfər oyununda komandanın yanında olacaq`.