QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` artıq İsveçdədir
`Qarabağ`ımız artıq İsveçdədir. Avroliqanın III mərhələsində `Gefle`nin qonağı olacaq komandamız bugün Bakı vaxtıyla 16:00-da Azərbaycanı tərk edərək Skandinaviyaya yollanıb. `Qarabağ`ımız 5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi Sundsvall şəhərinə yetişib.
Ardınca komandamız məskunlaşacağı `Scandic Nord` otelinə yollanıb.
`Qarabağ`ımız sabah Bakı vaxtıyla 22:00-da (Yerli vaxtla 19:00) oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq.