QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Superkuboku `Xəzər-Lənkəran` qazandı

Azərbaycan superkubokunun sahibi məlum olub.

 Həlledici görüşdə `Neftçi` və `Xəzər-Lənkəran` üz-üzə gəliblər.
Görüş Naxçıvanda keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda hesabı cənub təmsilçisi  açıb. Daha sonra rəqibinin azlıqda qalmasından istifadə edən `ağ-qaralar` hesabı bərabərləşdiriblər. Oyunun 89-cu dəqiqəsində isə Rasim Ramaldanov baş zərbəsi ilə vurduğu qolla komandasına qələbə gətirib - 2:1. Bununla da "Xəzər Lənkəran" tarixində ilk dəfə Azərbaycan superkubokunu qazanıb.

Qeyd edək ki, superkubok oyunu sonuncu dəfə 18 il bundan öncə - 1995-ci ildə keçirilib. Həmin oyunda `Neftçi` `Turan`ı məğlub edərək superkuboka sahib olub. Ümumilikdə bu mükafatı iki dəfə `Neftçi`, bir dəfə isə `Qarabağ` qazanıb.
 

23 oktyabr

Azərbaycan superkuboku

 
15:00. `Xəzər Lənkəran` – `Neftçi` - 2:1
Qol: Etame, 27 (1:0), Kardoso, 68 (1:1), Rasim Ramaldanov, 89 (2:1)
Qırmızı vərəqə: Sadio Tounkara, 64 (`Xəzər Lənkəran`)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.