QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Simurq` üçün
`Qarabağ`ımız `Simurq`la oyunun hazırlıqlarına başladı. XV turda Zaqatala klubunun qonağı olacaq çempionatın lideri günü  tək məşqlə keçirəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov `Rəvan`la oyundan sonra dünən futbolçulara istirahət vermişdi.
`Qarabağ`ımızda Admir Teli hələ də kollektiv çalışmalara qoşulmazkən, son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda sıraya dönüb.
Daha 2 gün Bakıda hazırlıq keçəcək `Qarabağ`ımız Dekabrın 29-unda Zaqatalaya yollanacaq.
Qeyd edək ki, `Simurq` - `Qarabağ` oyunu Noyabrın 30-da saat 17:00-da keçiriləcək.