QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Sehiç:`Bu `Qarabağ`ın uğurudur`
Sonuncu oyunda `Rəvan`la qarşılaşan `Qarabağ`ımız 5:1-lik qələbə ilə uğurlu seriyasını davam etdirdi. Ardıcıl 7-ci qələbəsini qazanan komandamız 5 oyundan sonra qapısından qol buraxdı. Belədə qolkiperimiz İbrahim Sehiçin quru seiyası 525 dəqiqədə dayandı. Çempionatda ən uzun seriya isə digər qolkiperimiz Fərhad Vəliyevə aid idi. Fərhad 554 dəqiqə qapısından qol buraxmamışdı.
Ümumiyyətlə, `Qarabağ`ımız cari mövsüm  uğurlu müdafiəsi ilə diqqəti cəlb edir. Belə ki, 30 oyunda buraxdığı 15 qolla komandamız orta hesabla Avropada ən az qol buraxan komandadır. Bosniyalı qolkiperə `Qarabağ`ın uğurun sirrini soruşduq.
`Qarabağ`ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini  bütün komandanın adına yazmaq lazımdır. Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik.  Nəticədə bugünki nəticəni əldə etmişik. Bu sadəcə mənim və ya müdafiəçilərin deyil bütün komandanın əməyidir. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədir.Qızıl medalları qazansaq o zaman əlavə göstəricilərdən danışmaq olar.   Milli komandaya gəlincə. Ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən millinin qapıları üzünə açıqdır. Zənnimcə, `Qarabağ`ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi.  Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam.`