QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Xəzər-Lənkəran` ÇEMPİON-a qarşı. 18:30-da. Canlı

`Qarabağ`ımız premyerliqanın sonuncu, XXXVI turunda `Xəzər-Lənkəran`la qarşılaşır. Premyerliqanın çempionu olan komandamızın oyunu 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Oyundan dərhal sonra komandamıza kubok və medallar veriləcək.

Elə isə hər kəs Respublika stadionuna..

1- Oyun başladı, uğurlar `Qarabağ`

5- `Xəzər Lənkəran` hesabı açdı,Tyaqo De Souza cərimə zərbəsindən hesabı açdı.

10- Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hələki 2-ci qol sədası yoxdur.

19- Kapolonqonun baş zərbəsi qapının üzərindən keçdi.

26- Hava şəraiti ilə əlaqədar olaraq oyunda su fasiləsi yarandı.

31- Müdafiəçilərimizin kobud səhvi nəticəsində 2-ci qol qapımızda ola bilərdi,xoşbəxtlikdən top qapıdan yan keçdi.

43- Qoooooooooool....Kapolonqo hesabı bərabərləşdirdi. 

45- Ilk hissə başa çatdı,hesab 1-1.

46- İkinci hissə başladı.

52- `Qarabağ`ın ərazi üstünlüyü davam edir,hələki hesab dəyişməyib.

58- Vüqar Nadirovun qüvvətli zərbəsi qapıdan azca aralı keçdi.

68- `Qarabağ`ın heyətində oyunçu dəyişikliyi oldu, Hacı Əhmədovun əvəzinə Qara Qarayev meydançaya daxil oldu.

81- Vüqar Nadirovun daha bir qüvvətli zərbəsi qapıdan aralı keçdi.

86- `Xəzər Lənkəran` hesabda önə keçdi.Qolun müəllifi Elnur Abdullayev.

90- Oyun başa çatdı, `Xəzər Lənkəran` 2-1 `Qarabağ`.