QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` məşqlərə başladı

`Qarabağ` məşqlərə başladı. Premyerliqanın II turunda `İnter`i qəbul edəcək komandamız 1 günlük aradan sonra məşqlərə başlayıb.  Bazar günü `Sumqayıt`la qarşılaşan komandamız həftənin ilk gününü bərpa prosesiylə keçirmişdi. Dünən isə `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət imkanı yaratmışdı.

Bugünə komandamızın 2 məşqi nəzərdə tutulub. Komandamız ilk məşqini trenajor zalında keçirib. Günü ikinci məşqi isə yaşıl meydanda baş tutacaq. Komandamızın məşqi saat 19:00-a nəzərdə tutulub.