QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` - `Tvente` 0:0

Bildiyiniz kimi bu gün AvroLiqanın play-off mərhələsinin ilk oyunları start götürəcək.Rəqibimiz Hollandiya təmsilçisi `Tvente`dir.Görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)

 

"Qarabağ" - "Tvente" matçı üçün heyətlər müəyyənləşib.

 

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, Riçard Almeyda, Muarem Muarem, Leroy Corc

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Tərlan Quliyev, Cavid Tağıyev, Namiq Yusifov, Namiq Ələsgərov, Vüqar Nadirov


"Tvente": Nik Marsman, Kuko Martina (k), Darrl Laxman, Robert Şilder, Rasmus Benqtsson, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk

Ehtiyat oyunçular: Sonni Stevens, Diko Koppers, Tim Brekers, Yoahim Andresen, Tim Xelşer, Şadrak Eqan, Troqeyr Borven

 

I hissə

1` Oyun başladı ! Uğurlar `Qarabağ`

11` Danilo Dias cərimə meydançasında gözəl şans əldə etdi amma bu şansdan yararlana bilmədi.

15` Rəqib təhlükəli əks hücum yaratsada müdafiə xəttimiz inamlı oyun sərgilədi.

21` İbrahim Şehiç səhvə yol versədə hər şey bizim üçün yaxşı bitdi.

28` `Qarabağ`ın heyətində erkən əvəzləmə oldu,Leroy Corcun əvəzinə Vüqar Nadirov oyuna daxil oldu.

29` Vüqar Nadirovun cərimə zərbəsindən əla şans əldə etdi amma zərbəsi effektli olmadı.

30` Yarım saat geridə qalıb birinci hissədə amma hələ hesab açılmayıb.

33` Reynaldonun ideal ötürməsi Vüqar istiqamətində amma Vüqarın zərbəsi qapının üstündən keçdi.

36` Maksim Medvedev lazımsız mübahisə nəticəsində sarı vərəqə ilə cəzalandırıldı.

36` Ziyeç cərimə zərbəsindən qapımız qarşısına təhlükəli ötürmə versədə müdafiə xəttimiz inamlı oyun sərgiləyərək topu uzaqlaşdırdı.

39` Vüqar Nadirov daha bir real qol şansını əldən verdi.

45` İlk hissəyə 1 dəqiqə əlavə olundu.

45+1` İlk hissə başa çatdı,hesab açılmayıb.

 

II hissə

45` İkinci hissə başladı.

48` Ansi Aqolinin cərimə meydançasına tərəfə ötürməsini rəqib müdafiəçilər uzaqlaşdıra bildi.

50` Reynaldoooo əla şans əldə etdi amma yan xətt hakimi bayrağını havaya qaldırdı,oyundan kənar vəziyyət.

54` `Qarabağ`ın heyətində ikinci əvəzləmə baş tutdu.Danilo Diasın əvəzinə meydana Cavid Tağıyev daxil oldu.

62` Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi endirsədə müdafiə xəttimiz topu uzaqlaşdırdı və komandamız əks hücuma başladı

63` Rəşad Sadıqovun ideal ötürməsini Reynaldo yaxşı qəbul edə bilmədi.

64` Şehiç komandamızı real qoldan xilas etdi.

66` Komandamızın heyətində sonuncu əvəzləmə baş tutdu.Namiq Ələsgərov Muarem Muaremin əvəzinə meydana daxil oldu.

68` Rəqibin heyətində ilk əvəzləmə baş tutdu.Kuskun əvəzinə Hölscher meydana daxil oldu.

74` Bərabər səviyyəli oyun gedir amma hər iki komanda ehtiyyatlı oyun sərgiləyir.

75` `Tvente`nin heyətində daha bir dəyişiklik baş tutdu.Ziyeçin əvəzinə Eghan meydana daxil oldu.

85` Ansi Aqoliyə qarşı sərt oyun və komandamız əla nöqtədən cərimə zərbəsi qazandı.

89` Bədavi Hüseynov əla driblinq ilə topu özündə saxladı və komandamızın yeni əks hücumuna başladı.

90` Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olundu.

90`+1` Komandamız küncdən zərbə qazandı.

90`+3` Riçarddddddddddddddddddd amma zərbə qapıdan aralı keçdi.

90`+3` Və budur oyun başa çatdı,ilk oyunda hesab açılmasa da cavab oyununda komandamıza uğurlar arzu edirik.