QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
PFL-dən müsbət cavab

`Qarabağ`ımız UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə əlaqədar Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqanın III turunun görüşünü təxirə salınmasını xahiş edib.

Yuxarıda göstərilənlər və yarışların əsasnaməsinin 3.19 bəndi nəzərə alınaraq, Azərbaycan Premyer Liqasının III turunun `Araz Naxçıvan` – `Qarabağ` matçı başqa tarixə keçirilib.

Qeyd edək ki, `Qarabağ`ımız avqustun 28-də Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə `Tvente`nin (Hollandiya) qonağı olacaq,