QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AZƏR MƏMMƏDOV ƏMƏLIYYAT OLUNDU (FUTBOL+, 22.01.2007)
Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” nəzərdə tutduğu plana əsasən 4 yoxlama matçı keçirərək nıvbəti görüşü Bakıda keçirməyi planlaşdırır. Nəzərinizə şatdıraq ki, ağdamlılar elə səfəröncəsi 4 sınaq görüşü keçirməıklərini düşündüyünü söyləmişdi. Baş məşqçi rasim Kara nəzərdə tutulandan əlavə oyun keçirmək istəməyərək indi komandasının fiziki hazırlığına diqqət ayırır. Ağdam klubunun aparıcı oyunçusu Azər Məmmədovun əməliyyat olunacağını xəbər vermişdik. Üç gün təcrübəli müdafiəçi yaxşı tanıdığımız türkiyələ həkim Mehmet Binnet tərəfindən əməliyyat olunub. Cox güman ki, yenicə əməliyyat olunan Azər ikinci dövrənin əvvəlində komandasına kömək edə bilməyəcək. Amma əvəzində “Qarabağ”ın məşqçi korpusu İrakli Bereya ilə bağlı xoş xəbər alıb. Belə ki, Binnətin müayinəsindən sonra İraklinin artıq Fevralın əvvəlindən məşqlərə başlaya biləcəyini bildirib. Hətta gürcünün fevralın sonuna yaxın meydana çıxa biləcəyini bildirib. Xatırladaq ki, İrakli 1 ilə yaxındır ki, zədə üzündən komandasına kömək edə bilmir. Hazırda futbolçu Rusiyadadır. Sonda “Qarabağ”ın yanvarın 24-dən 25-nə keçən gecə vətənə dönəcəyini qeyd edək.