QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«QARABAĞ» FUTBOL KLUBU ÖLKƏ ÇEMPİONATINDAKI FASİLƏDƏN SƏMƏRƏLİ İSTİFADƏ ETMƏK NİYYƏTİNDƏDİR (Trend.az, 05.03.2007)
Azərbaycan, Bakı /müxbir «Trend» Z.Səfərov/ «Qarabağ» futbol klubu Çimkənddəki Alma TV yığma Kubokounda iştirakıyla əlaqədar ölkə çempionatında fasilədən istifadə etməklə bir sıra görüşlər keçirməyi planlaşdırır. Ağdamlıların rəsmi saytına istinadən «Trend»in xüsusi müxbirinin verdiyi məlumata görə, dəstə istirahət həftəsindən sonra yenidən məşqlərə başlayıb və indi milli birinciliyin ikinci dairəsi yarışlarına hazırlaşır. Bununla bərabər «Qarabağ»ın baş məşqçisi Rasim Qara gücləndirilməyə ehtiyacı olan oyun pozisiyasını təyin etmək üçün çempionatdakı durğunluqdan maksimum dərəcədə səmərəli istifadə etmək niyyətindədir. Xüsusən ona görə ki, cari mövsümdə klub heç də yaxşı şəkildə iştirak etmir və ölkə Kubokundakı iştirakına son qoyduqdan sonra ağdamlılar faktiki olaraq, birincilikdə mükafat yerləri uğrunda yarışmaq şansından həqiqətən məhrum olub.Buna görə də qış transfer pəncərəsi dövründə türk məşqçisinin komanda ilə bağladığı müqavilə növbəti çempionat üçün birlik yaradır.