QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ın geriyə yolu yoxdur! ( üç nöqtə, 04.11.2006)
Dünən futbol üzrə ölkə çempionatında növbəti turun matçları keçirilib. Yevlaxda baş tutan "Karvan" - "İnter" görüşü 1"::1 hesabı ilə başa çatıb. "Xəzər-Lənkəran" isə İmişlidə "MKT-Araz"ı məğlubiyyətə uğradıb - 2"::0. "Neftçi" isə "Simurq"a qalib gəlib-1"::0. Bu gün isə "Qarabağ" Suraxanı qəsəbə stadionunda Sumqayıtın "Gənclərbirliyi" komandası ilə görüşəcək. "Qarabağ" bu matça önəm verir. Futbolçuların dedikləri də bunu göstərir. Cahangir Həsənzadə":: "Həmişə olduğu kimi, bu oyuna da məsuliyyətlə hazırlaşırıq. Məncə, hazırlığımız yaxşı keçir. Qələbədən başqa heç bir nəticə bizi qane etmir və bunu hamımız dərk edirik". Elmir Xankişiyev":: "Ötən oyunda yaxşı nəticə ilə azarkeşlərimizi sevindirə bilmədik. Bu oyunda onu kompensasiya etmək borcumuzdur. Həm də bu oyun turnir cədvəlində yer baxımından da önəmlidir". Hakan Demir":: "Meydançanın ot örtüyü indi yaxşı səviyyədədir. Bu bizə müsbət mənada təsir edəcək. Çünki "Simurq"la oyunda meydanın pis vəziyyəti bizi çətinə saldı. Qalib gəlməli və bir daha komandanın nəyə qadir olduğunu göstərməliyik". Kənan Kərimov":: "Son oyunlarda qol vura bilməməyim məni bir hücumçu kimi narahat edir. Hər bir futbolçu kimi mən də bu oyunda yaxşı oyun göstərməklə yanaşı, qol vuraraq qələbədə pay sahibi olmaq üçün çalışacağam". Müşviq Hüseynov":: "Komandamız heyətinə görə digər klublardan zəif deyil. Lakin son oyunlarda bəxtsizlik heç-heçələri sıralamamıza səbəb oldu. Bu oyunda həmin sindromu qırmalıyıq". Oyun saat 15"::00-da başlanacaq. Baş Hakim Ceyhun Haşımov, köməkçiləri isə Vaqif Ayvazov və Roman Vasilyevdir.