QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Samir Musayev “Qarabağ”da qalır (Het-trik, 13.12.2006)
Son günlər “Qarabağ”dan ayrılacağı söylənilən futbolculardan biri də Samir Musayevdir. Hücumcuyla “Bakı”, “İnter” və “Xəzər-Lənkəran”ın maraqlandığı deyilirdi. Komandaya dəvət olunan yeni baş məşqci Rasim Karanın da Musayevi bəyənmədiyi güman olunur. Ancaq Samirin özü başqa fikirdədir. O, “Qarabağ”ı tərk etmək fikrində deyil: “ Hə, deyə bilərəm ki, “İnter” mənimlə maraqlanırdı. Klubun icraçı direktoru Alı Alıyevlə danışığımız olmuşdu. Ancaq razılığa gələ bilmədik. “Xəzər-Lənkəran”a gəlincə, onlar hələ mənimlə yayda UEFA kubokunda “Zimbru”yla oyundan sonra danışmışdılar. Dedilər, sənə məlumat verəcəyik. Sonradan bir xəbər eşitmədim. “Bakı” da məni istəyirdi. Ancaq onlardan da bir səs-soraq çıxmadı. Deyə bilərəm ki, artıq qərarımı vermişəm. Mən “Qarabağ”da qalacam. Komandamla mövsümün sonuna qədər müqaviləm var. Burada qalıb, anlaşmamın şərtlərinə əməl etmək istəyirəm”. Komandadan gedəcəyi söylənilən daha iki futbolcu - Müşfiq Hüseynovla Azər Məmmədovun da düşərgəni tərk etməyəcəyi müəyyənləşib. Müşfiqin sözlərinə görə, o “Qarabağ”ı tərk etmək fikrində deyil. Elə Azər də belə düşünür: “ İnanmıram məni heyətdən cıxarsınlar. İstəyirəm, burada qalım. Bir də mən elə futbolçu deyiləm ki, “Qarabağ”dan getsəm özümə klub tapa bilməyim. O qədər təklif var ki!”