QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ” BƏYLƏRI SINAĞA ÇƏKIR (Het-trik, 10.01.2007)
Güclülər dəstəsi təmsilçilərindən hamısından əvvəl səfərə çıxan “Qarabağ” Antalyadakı təlim-məşq tolanışını davam etdirir. Artıq beşinci və altıncı günlərdə arxada qalıb. Səfərin beşinci günü ağdamlılar iki məşq prosesi keçib. Günün ilk məşqi fiziki hazırlıq üzrə aparılıb. Axşam məşqində isə toplu hərəkətlərə üstünlük verilib. Ağdamlılar bu gün Antalyada ilk hazırlıq matçına çıxacaqlar. Rəqib isə birinci liqa B kateqoriyasında çıxış edən “Bəylərbəyi”dir. Rasim Karanın komandasının ikinci “imtahanı” yanvarın 13-də verəcək. Həmin gün “Qarabağ”ın rəqibi “Ərzurumspor” olacaq. Ağdam klubu Antalyada son yoxlama oyununa yanvarın 15-də çıxacaq. Onda rəqib daha güclü olmalıdır. “Qarabağ” da elə əsl sınaqdan Superliqada çıxış edən “Sivasspor”la görüşdən çıxmalıdır. “Qarabağ”ın bundan sonra hazırlığın ilkin mərhələsinə yekun vuraraq, yanvarın 24-ü Bakıya qayıdacaq.